0
Saturday 27 October 2018 - 17:47

Kərbəla vaqeəsi ədəbiyyatda və sənətdə

Story Code : 758096
Kərbəla vaqeəsi ədəbiyyatda və sənətdə
“Qələm” Yazar Birliyinin təşəbbüsü ilə Beynəlxalq Mətbuat Mərkəzində (BMM) “İlahi Eşqin Tərənnümü: Kərbəla macərası ədəbiyyatda və sənətdə” mövzusunda konfrans keçirilib.
Yazıçıların, ictimaiyyət nümayəndələrinin, sənətşünasların, partiya funksionerlərinin, ziyalıların, ilahiyyatçıların iştirak etdiyi tədbir müqəddəs Quran ayələrinin oxunuşu və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.
Konfransı açıq elan edən “Qələm” Yazarlar Birliyinin rəhbəri, jurnalist Qurban Cəbrayıl İslam dünyasında böyük mahiyyətə malik Məhərrəm-Səfər ayında baş vermiş mühüm tarixi hadisə - Kərbəla faciəsinin Azərbaycan xalqının mədəni-mənəvi xəzinəsi hesab edilən şeir, əsər, müxtəlif bədii sənət nümünələrində dərin iz buraxdığını, Hacı Əbülhəsən Racinin, Mirzə Məhəmməd Tağı Qumrinin, Seyid Əzim Şirvaninin, Mirzə Ələkbər Sabirin, böyük Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın və digər qələm sahiblərinin Kərbəla mövzusunda yazdıqları şeir, qəzəllərin xalqımızın Əhli-Beyt yoluna olan dərin hörmətinin nümünəsi hesab etdiyini bildirdi. Sovetlər dönəmində xalqımızın bu məhəbbəti ürəklərində yaşatdığını, 20-ci əsrin sonlarında başlayan Milli Azadlıq Hərəkatında, 20 yanvar hadisələrində şəhidlərimizin dəfni zamanı söylənilən mərsiyyələrlə, növhələrlə öz mənəvi köklərinə nə qədər sadiq olduğunu növbəti dəfə nümayiş etdirdiyini dəyirmi masa iştirakçılarının diqqətinə çatdırdı.
Source : IslamTimes
Tagged
kərbəla