0
Wednesday 19 December 2018 - 18:51

Amerika Suriyanın şimal-şərqindən çıxır

Story Code : 767596
Amerika Suriyanın şimal-şərqindən çıxır
The Wall Street Journal yazır ki, Türkiyə Suriya kürdlərinə qarşı hücum əməliyyatı keçirəcəyini elan edəndən sonra ABŞ öz hərbi qüvvələrini bu ərazidən çıxarmaq qərarına gəlib. Ekspertlər bu addımı ABŞ-ın Yaxın Şərq siyasətlərinin süqutu kimi dəyərləndirir. Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan kürdlərə qarşı əməliyyatlarda amerikalıların hədəfə alınacağını istisna etməmişdi. Ərdoğan bu əməliyyatın Fəratın şərqində terrorçuların varlığına son qoymaq məqsədi ilə həyata keçirildiyini demişdi. Kürd başçıları Amerikanın bu addımını kürdləri türklərə satmaq kimi dəyərləndirib.
 
Source : IslamTimes
Tagged
Suriya