0
Thursday 20 December 2018 - 20:04

Ərdoğan: İrana qarşı sanksiyalar dünyaya mənfi təsir göstərir

Story Code : 767802
Ərdoğan: İrana qarşı sanksiyalar dünyaya mənfi təsir göstərir
Türkiyədə səfərdə olan İran prezidentdi Həsən Ruhani Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğanla görüşüb. Ərdoğan bu görüşdə deyib: İranla Türkiyə arasında ticarət əlaqələri məntiqi prinsiplər üzərində qurulub. Ümid edirik ki, iki ölkə arasında ticarət mübadiləsi 30 milyard dollara çatdırılacaq. ABŞ-ın İrana qarşı sanksiyaları birtərəflidir. Amerikanın İrana qarşı siyasətləri dünyaya mənfi təsir göstərir. Hətta İranla Türkiyə arasında ticarətdə problemlər yaranıb. Regionda təhlükəsizliyin təmini Türkiyə və İranın məsuliyyətini ağırlaşdırıb. Prezident Ruhaninin səfəri ticarət əlaqələrimizdə dönüş nöqtəsi olacaq.
 
Tagged
türkiyə