0
Tuesday 25 December 2018 - 21:11

Rəhbər Ayətullah Xameneinin başsağlığı müraciəti

Story Code : 768645
Rəhbər Ayətullah Xameneinin başsağlığı müraciəti
İran İslam Respublikası Dövlət Məsləhət Şurasının sədri Ayətullah Haşimi Şahrudi dünyasını dəyişib. Rəhbər Ayətullah Xamenei bu münasibətlə başsağlığı müraciəti ünvanlayıb. Müraciətdə deyilir: Bir il davam edən ağır xəstəlikdən sonra yaşadığımız bu itki mərhumun elmi məqamı, İslam Respublikasına və elm hövzələrinə xidmətləri ilə tanış olanları üzür. O, Qum Elm Hövzəsinin böyük ustadı, İslam Respublikasında mühüm bir orqanın sədaqətli xadimi idi. Cənab Şahrudi üç şəhidin qardaşı, Seyid Məhəmmədbaqir Sədrin şagirdi və silahdaşı idi... Bu böyük alimin vəfatı münasibətilə onun möhtərəm ailəsi, əziz ailə-övladı, bütün yaxınları və Qum Elm Hövzəsinə, şagirdlərinə başsağlığı verirəm.
 
Source : IslamTimes
Tagged
şahrudi