0
Monday 7 January 2019 - 13:50

Ərəb Dövlətləri Liqası etiraz etdi

Story Code : 770721
Ərəb Dövlətləri Liqası etiraz etdi
Ərəb Dövlətləri Liqasının baş katibi Əhməd Əbülqeyz xarici ölkə səfirliklərinin Qüdsə köçürülməsi ilə bağlı xəbərdarlıq edib. Hondurasın öz səfirliyini Qüdsə köçürməsi baş katibi hiddətləndirib. Əbülqeyz deyib: İstənilən bir ölkənin öz səfirliyini işğal olunmuş Qüdsə köçürməsi beynəlxalq qanunların aşkar pozulmasıdır.
Baş katibin sözçüsü Mahmud Əfifi bəyanat barədə məlumat verib: Səfirliyini işğal olunmuş Qüdsə köçürən və bu şəhəri sionist rejimin paytaxtı kimi tanıyan ölkələr öz mövqelərinə yenidən baxsınlar. Ərəb ölkələri ilə münasibətlərin gələcəyini nəzərə alsınlar. Braziliyanın Qüdsü İsrailin paytaxtı kimi tanıması narahatedicidir, Braziliyanı bu mövqeyindən daşındırmaq lazımdır.
 
Source : IslamTimes