0
Sunday 27 January 2019 - 03:47

Hizbullah lideri: Bin Salmanın nicat gəmisinə ehtiyacı var...

Story Code : 774483
Hizbullah lideri: Bin Salmanın nicat gəmisinə ehtiyacı var...
Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah Əl-Məyadinlə söhbətdə deyib:
İsrail Suriyada strateji məğlubiyyətə uğrayıb. Müqavimətin kifayət sayda dəqiq raketləri var.
İsrailin tunel əməliyyatı həm siyasi, həm informasiya sahəsində uğursuz oldu.
Mənim çıxışlara ara verməyim sionistlərin və səudilərin  dediyi kimi xəstəliyə görə deyildi. Səhhətimdə heç bir problem yoxdur, 60 yaşa fiziki və mənəvi problemsiz qədəm qoymuşam. Onlar xəstəlik şayiəsini yaymışdılar ki, mən sükutu pozum. Tunel məsələsinə gəldikdə deməliyəm ki, tunellər var və İsrail kəşfiyyatının yetərsizliyindən çox gec aşkarlanıb.
Əgər müharibə başlasa, Əl-Cəlilə necə daxil olacağımızı müəyyənləşdirəcəyik, bunun üçün tunelə ehtiyacımız yoxdur.
 
Source : IslamTimes
Tagged
hizbullah