0
Sunday 17 February 2019 - 18:07

Talibanın sözçüsü: ABŞ-ın hərbi hüzuruna son qoyulmalıdır!

Story Code : 778546
Talibanın sözçüsü: ABŞ-ın hərbi hüzuruna son qoyulmalıdır!
Talibanın sözçüsü Zəbihullah Mücahid Amerikanın Əfqanıstanda hərbi mövcudluğuna münasibət bildirib. Sözçü deyib: Amerika Əfqanıstanı tam tərk edəndən sonra diplomatik və iqtisadi əlaqələrdən danışmaq olar. Hazırkı Əfqanıstan dövləti Amerikanın maraqlarının təmini üçün yaradılıb. Onu dövlət kimi qəbul edə bilmərik. Ona Əfqanıstanda bir cərəyan kimi baxırıq. Vaşinqtonla danışıqlar aparsaq da, bu dövlətin vədləri etibarsızdır. ABŞ-ın Əfqanıstanda hərbi mövcudluğu bizim üçün qəbuledilməzdir. Amma İran sübut etdi ki, Əfqanıstanın problemlərinin həllində yaxşı vasitəçi ola bilər. Tehran bir müsəlman ölkəsi kimi problemlərimizin həllini istəyir.
 
Source : IslamTimes
Tagged
mücahid