0
Thursday 21 February 2019 - 13:32

İsrail rejimi Qəzzaya hücum etdi

Story Code : 779241
İsrail rejimi Qəzzaya hücum etdi
Deyerler.org Palinfo-ya istinadən xəbər verir ki, dünən axşam, həmçinin Xan Yunusun şərqində Huzaa qəsəbəsində düşərgədə keçirilən gecə aksiyalarına sionist əsgərlərin atəş açması nəticəsində fələstinli altı gənc yaralanıb.
 
İsrail rejiminin nümayişçilərə həqiqi güllə və göz yaşardıcı qaz qumbaraları atması nəticəsində xəsarət alan 6 nəfərin Qəzza Avropa xəstəxanasına aparılıb.
 
 
Palinfo-nun müxbiri sionist ordusuna aid döyüş PUA-sının kənd təsərrüfatı ərazisinə bir raket atdığını və ilk hücumdan qısa bir müddət sonra Əl-Bureyc düşərgəsinin şərqindəki bölgəyə də raket atıldığını, hücumlarda ölən və ya yaralanan olmadığını deyib.
 
“Blokadanı yarmaq və böyük qayıdış yürüşü” fəaliyyətlərinə və gecə aksiyalarına qatılanlara sionist qüvvələrinin atəş açması səbəbindən Qəzzanın şərqində davamlı gərginliyin yarandığı bildirilib.
 
İsrail rejiminin ordusu hücumları etiraf edərək, Qəzzadan sərhədin digər tərəfinə yanğın törədən şarlar göndərilməsindən sonra HƏMAS-a aid ərazilərin hədəfə alındığını qeyd edib.
 
Source : Deyerler
Comment