0
Tuesday 12 March 2019 - 12:24

Qazax rayonu Tövbə məscidinin axundu Seyid Mircəfər Hüseyinzadə yoxa çıxıb

Story Code : 782835
Qazax rayonu Tövbə məscidinin axundu Seyid Mircəfər Hüseyinzadə yoxa çıxıb
Qazax rayonu Tövbə məscidinin axundu Seyid Mircəfər Hüseyinzadə  dünən axşam saatlarında yaşadığı ünvandan yoxa çıxıb. Bu haqda Azerbaycanrealligi.com-a onun anası məlumat verib. Ananın dediyinə görə axşam saatlarında ona rayon bələdiyyəsinin sədrinin Vüsal adlı müavini zəng etmişdir. Bildirmişdir ki, icra başçısı onunla görüşmək istəyir. "Axşam saat 9 olardı, gəldi maşınla apardı. Bir neçə saat sonra zəng etdim, zəng çatırdı. Daha sonra isə telefonu söndü. Daha sonra məsələ ilə bağlı DİN 102 xidmətinə zəng etdim, dedilər ki, get polis idarəsinə. Getdim, oradan da dedilər ki, bizlik deyil, Bakıya aparıblar. 3 azyaşlı uşağı var, yoldaşı xəstə, mən özüm yaşlı adamam. Hamımız narahatıq, gecə yatmamışıq. Mümkünsə bizə kömək edin. Əlimiz heç yerə çatmır. Az qalır ürəyimiz partlaya", - deyə Tövbə məscidinin axundu Seyid Mircəfərin anası bildirdi. Qeyd edək ki, bir neçə gün bundan əvvəl Tövbə cəmiyyətinin sədri hacı Əbdül Qazaxa adı çəkilən məscidin açılışına getdiyi zaman rayonun hüquq-mühafizə orqanları maneçilik törədərək onun səfərinə əngələr yaratmışlar. Rayonun polis heyəti Seyid Mircəfərin öz evinin yaxınlığında öz şəxsi həyətində tikdirdiyi məscidi və evi mühasirəyə almışdılar. 

Seyid Mircəfər Hüseynzadə bir neçə gündür rayon rəhbərlərinin ona etdikləri təzyiqlərlə bağlı sosial şəbəkələrdə ölkə başçısı İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya videomüraciətlər ünvanlayıb kömək istəyirdi. Yəqin ki, bu da rayon rəhbərlərinin xoşuna gəlməyib. Onu da qeyd edək ki, Seyid Mircəfər indiki hakimiyyətin daxili və xarici siyasətinin tərəfdarı, ölkə rəhbərinin mövcud siyasi kursunu fəal dəstəkləyən şəxslərdən biridir.
Comment