0
Monday 22 April 2019 - 18:46

ABŞ: “8 ölkəyə İran sanksiyalarından güzəşt etməyə son qoyduq”

Story Code : 790052
ABŞ: “8 ölkəyə İran sanksiyalarından güzəşt etməyə son qoyduq”

Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, ABŞ-ın prezidenti Donald Tramp mayın 2-dən etibarən 8 ölkənin (Çin, Hindistan, Yaponiya, Cənubi Koreya, Tayvan, Türkiyə, İtaliya və Yunanıstan) İrana qarşı sanksiyalardan azad edilməsinə son qoyacaq.
 
Ağ Evdən verilən məlumata görə, ABŞ, Səudiyyə rejimi və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İran nefti bazarda olmayacağı üçün beynəlxalq tələbatın hamısının ödənəcəyinə dair təminat verilməsi mövzusunda razılıq əldə edib.
 
Vaşinqton Post qəzetinin köşə yazarlarından Coş Roqin, Pompeonun sanksiyalardan güzəşt olunmağa son veriləcəyini açıqlayacağını yazmışdı. Financial Times-a danışan yüksək vəzifəli bir Aİ rəsmisi də, Pompeonun məsələ ilə bağlı bəyanat verəcəyini təsdiqləmişdi.
 
Source : Deyerler
Tagged
Iran
Comment