Əmirlikdə tanker müharibəsində 2 Ərəbistan gəmisi vurulub
Story Code : 793949
Ötən gün Əmirliyin Əl-Fuceyrə limanında 10-dək tankerin vurulması xəbəri regioni silkələdi. Vurulan gəmilər arasında 2 Ərəbistan gəmisi var. Bu iki gəmi ABŞ-a yük aparmalı imiş. Gəmilərin ağır xəsarət aldığı bildirilir. Əksər ölkələr hadisəni pisləyib və gəmiçilikdə baş vermiş bu hadisəni dünya üçün təhlükə adlandırıb. Oman dənizində baş vermiş hadisə müəmma olaraq qalır. Hər halda bu liman Yəmənə təcavüz etmiş koalisiyanın əsas iki üzvündən birinə məxsusdur. İran Xarici İşlər Nazirliyi də bəyanat yayaraq hadisənin səbəblərinin araşdırılmasını istəyib.