0
Tuesday 2 July 2019 - 16:04

Həqiqi Əhli-Beyt (ə) davamçılarının hansı nişanələri var?

Story Code : 802696
Həqiqi Əhli-Beyt (ə) davamçılarının hansı nişanələri var?

Əhli-Beyt (ə) davamçısı o kəsə deyilir ki, İmam Əlinin (ə) və onun 11 övladının imamət missiyasına iman gətirər və onların vilayətini qəbul edər. Ancaq bunu da unutmaq lazım deyildir ki, sadəcə imana malik olmaq, insanı Əhli-Beyt (ə) davamçısı etməz.
 
Bu sözün içində əməli iman gizlənmişdir. Əgər insan imanı əməldə büruzə verməzsə, onun imanı həqiqi olmaz.
Həqiqi Əhli-Beyt (ə) davamçılarını tanımaq üçün Məsumların (ə) hədislərinə müraciət edək.
 
Cabir İmam Baqirdən (ə) nəql edir ki, buyurub: “Ey Cabir! Əhli-Beyt (ə) davamçısı olmaq üçün elə bu kifayətdirmi ki, deyər: “Əhli-Beyti (ə) sevirəm?”. Allaha and olsun ki, bizim davamçımız o kəsdir ki, təqvalı olsun və Allaha itaət etsin.
Ey Cabir! Bizim davamçılarımız bu sifətlərlə tanınarlar: təvazökarlıq, ibadətdə müti olmaq, əmanətdarlıq, Allahı çoxlu yada salıb zikr etmək, oruc tutmaq, namaz, ata və anaya ehsan etmək, yoxsul qonşusunun, yetim və borclu olanların halına yetişmək, doğru danışmaq. Bizim davamçılarımız – tayfalarının əmin insanı olublar”.
 
Cabir
soruşur: “Ya ibni Rəsulallah! Bu zamanda belə insanları müşahidə etmirəm”.
 
Həzrət (ə) buyurur: “Ey Cabir! O tərəf və bu tərəfə getmə. Məgər bu qədər kifayətdirmi ki, kimsə desin: “Mən Əlini (ə) sevirəm. Onun vilayətini qəbul edirəm”, ancaq Əlinin (ə) əməlinə malik olmasın?
Əgər desə ki, Peyğəmbəri (s) sevirəm, halbuki Peyğəmbər (s) Əlidən (ə) üstündür və Peyğəmbər (s) sünnətinin ardıcılı olmaz və o Həzrətin sünnətinə əməl etməz – məgər Peyğəmbərin (s) sevgisinin onun üçün faydası olarmı?
Ona görə də Allahdan qorxun. Saleh əməl yerinə yetirin. Allah yanında ən sevimli kəs o insandır ki, ən təqvalı və ən mütidir.
 
Ey Cabir! Allaha and olsun ki, təqvadan başqası ilə heç kəs Allaha yaxın ola bilməz. Cəhənnəm atəşindən bəraət bizim ixtiyarımızda deyildir. Heç kəsin Allah üzərində hüccəti yoxdur.
O kəs ki, Allahın mütisi olar – bizim dostumuzdur. Hər kim Allahın əmrinə üsyan edər – bizim düşmənimizdir. Heç kəs bizim vilayətimizə çatmaz, məgər saleh əməl və təqva vasitəsilə”. (Həvzəh)
 
Source : Deyerler
Comment