0
Sunday 4 August 2019 - 14:00

Tehran və Əbu Dabi Yəmən məsələsində anlaşdı

Story Code : 808847
Tehran və Əbu Dabi Yəmən məsələsində anlaşdı
Saytın yazdığına görə, BƏƏ Yəmənin cənub əyalətlərində siyasi vəziyyəti əvvəlki durumuna qaytararacağı barədə İrana söz verib.
Mənbə bildirib ki, BƏƏ-li heyət Tehrana son səfərində bu ölkə tərəfindən Yəmənin cənubunda təşkil edilmiş və cənub əyalətlərdə idarəçiliyi öhdəsinə almış Keçid Şurası barədə İran tərəfi ilə müzakirərlər aparıb.
Qeyd edək ki, çərşənbə axşamı BƏƏ-nin sahil qvardiyası rəsmilərindən ibarət 7 nəfərlik heyət Tehrana səfər edib və iki ölkə arasında sərhəd əməkdaşlığı, icazəsiz gediş-gəlişlər və məlumat mübadiləsi kimi məsələlər haqda danışıqlar aparıblar.
Bu, iki ölkənin sahil qvardiyası arasında beşinci görüşdür. Axırıncı dəfə 2013-cü ildə baş tutmuşdu.
BƏƏ-li heyətin Tehrana səfəri ərəb və beynəlxalq mediada geniş əks etdirildi. “Əl-Məyadin” telekanalı BƏƏ hərbi heyətin Tehrana səfəri barədə reportajında bildirib ki, bu səfər təkcə Əbu Dabinin geri çəkilməsi mənasına deyil, İran da BƏƏ-nin təlaşlarına müsbət cavab vermişdir.

BƏƏ Xarici İşlər Nazirliyindən bir mənbə bu səfər barədə açıqlama verərək onu İran və BƏƏ sahil qvardiyaları arasında 6-cı ortaq görüş olduğunu və bundan qabaqkı görüşlərin təkmilləşməsi məqsədi daşıdığını deyib.
BƏƏ XİN-də məşvərət naziri Ənvər Qarqaş da sözügedən səfərə münasibət bildirərək deyib: “Birləşmiş Ərəb Əmirlikləri və Ərəbistanın İranla bağlı mövqei qarşıdurmadan uzaq olmaq və siyasi həll yolları seçməkdir. Halbuki, Qətər bir adi görüşü böyütməklə bundan öz xeyrinə faydalanmağa çalışır.”

Xatırladaq ki, bir neçə həftə öncə BƏƏ öz qüvvələrininin çoxunu Yəməndən çıxarıb və yəmənli qüvvələr də BƏƏ hava limanlarına təşkil etdikləri dron hücumlarını dayandırıb. Yəmən Ali Siyasi Şurası BƏƏ-nin bu hərəkətinə yaxşı münasibət bildirib.
Bəzi mənbələrə görə, BƏƏ bundan əvvəl iki dəfə İrana barış mesajı göndərsə də, Tehran “Əbu Dabi ilə müzakirə edəcəyimiz heç bir məsələ yoxdur” cavabı ilə bunu rədd etmişdi.
Source : Nur-az.com
Tagged
yəmən Iran
Comment