0
Sunday 3 July 2011 - 07:56

İran təklif gözləyir

Story Code : 82584
İran təklif gözləyir
İran təklif gözləyir
APA-nın məlumatına görə, bu barədə İran parlamentinin sədri Əli Laricani bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Laricani ölkəsinin münaqişənin həllində Azərbaycanın ərazi bütövlüyü yolunu dəstəklədiyini vurğulayıb: «Regionun şəraitinə görə təklif etmişik ki, münaqişə sülh və danışıqlar yolu ilə həll olunsun. Biz böyük güclərin regionda hərəkətlərinə tərəddüdlə yanaşırıq. Böyük güclər münaqişə ilə oynayırlar. Bunlar problemlərin həllindən çox öz mənafelərini güdürlər. Minsk Qrupunun uzun müddətdir, fəaliyyətinə baxmayaraq, bir iş görməyib. Biz bu problemin həllində regional cəhdlərə üstünlük veririk».
İran parlamentinin sədri ilk növbədə problemin həll formatının tapmasının vacib olduğunu söyləyib: «Azərbaycan Minsk Qrupu formatını seçib. Beynəlxalq sahədə daha geniş həll yolu axtarılıb. Bizdən hər hansı rol istəməyiblər. Biz Minsk Qrupunun üzvü deyilik. Amma islami vəzifəmizə sadiq qalaraq Azərbaycanın ərazi bütövlüyünü
dəstəkləmişik».
Parlament sədri misal olaraq ABŞ-ın regional problemləri ilə məşğul olmasını göstərib: «Amerikanın regiona girişi nəinki problemi həll edir, əksinə yeni problem yaradır. İraq və Əfqanıstana girişindən sonra qaçaqmalçılıq və terror daha da artıb. Fələstin problemində hər dəfə yeni həll yolları ortaya qoymaqla problemin həllini uzadır. Obama son vaxtlar gülünc təkliflər verib. Biz həmişə regional həll yollarını təklif edirik. Çünki bölgədəki dövlətlər bu cür problemlərdə daha çox tanışdırlar. Azərbaycan istərsə, biz köməyimizi əsirgəməyəcəyik».
Qarabağdakı müsəlman abidələrinin Ermənistan tərəfindən dağıdılmasına İran parlamentinin nə zaman reaksiya verəcəyinə gəlincə, Laricani qeyd edib ki, tərəflər həll formatını əldə etməlidirlər.
Parlament sədri prezident Mahmud Əhmədinecadın Ermənistana səfərinin baş tutmamasına da aydınlıq gətirib, bunun bir sıra texniki problemlərlə əlaqədar olduğunu deyib: “Burada hansısa neqativ məsələlər axtarmaq lazım deyil”.
Comment