0
Sunday 1 December 2019 - 15:26

Qətər XİN başçısının Səudiyyə Ərəbistanına gizli səfəri

Story Code : 830131
Qətər XİN başçısının Səudiyyə Ərəbistanına gizli səfəri
“İslamTimes” “Wall Street Journal”-a istinadən xəbər verir ki, Qətər xairici işlər naziri Məhəmməd bin Əbdür-Rəhman Ali-Sani ötən ay ABŞ prezidentinin tövsiyəsi ilə Riyaza səfər edib. “Reuters” də bu xəbəri təsdiqləyərək Səudiyyə və Qətər arasındakı münasibətlərin bərpasında Oman və Küveytin vasitəçi rolunu oynadığını vurğulayıb.
Səudiyyə Ərəbistanının “Yəmən bataqlığı”nda ilişməsi, Ənsarullahın Aramko neft təsisatlarına hücumu, Camal Qaşıqçının dəhşətli qətlindən sonra Ərəbistanın İslam dünyasındakı nüfuzunun  kəskin azalması səbəb olub ki, ABŞ prezidenti Səudiyyə ilə Qətər münasibətlərinin bərpası üçün addım atsın. Qətər əmiri Təmim bin Həmədin Trampın tövsiyəsindən sonra Məhəmməd bin Salmanla əlaqə saxladığı bildirilir.
Source : IslamTimes
Tagged
Qatar