İsrail 17 il ərzində Fələstinə 47 mlrd dollar zərər vurub
Story Code : 830431
BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) BMT qərərgahındakı iclasında işğalçı İsrail rejiminin Fələstinə vurduğu zərərlə bağlı hesabat açıqlanıb. Hesabata əsasən İsrail 2000-ci ildən 2017-ci ilə qədər Fələstinə 47 mlrd dollar zərər vurub. Fələstinin milli sərvətlərinin qeyri-qanuni yollarla İsrailə daşınması, Fələstin mallarının daşınmasına qadağa ön sırada gəlir. BMT-nin Fələstinli qaçqınlara yardım xidmətinin (UNRWA) rəisi Kristin Sanders deyib ki, UNRWA bu vaxta qədər bu həcmdə maliyyə böhranı ilə rastlaşmayıb.