0
Monday 9 December 2019 - 08:10

Livanda Səmir Xətib baş nazir ola bilər

Story Code : 831594
Livanda Səmir Xətib baş nazir ola bilər
İraq və Livanda, iki müqavimət ölkəsində siyasi böhran, etiraz aksiyaları eyni vaxta təsadüf etdi. Livanda Hizbullah, İraqda Həşd Şəbini hədəfə alan ABŞ və İsrail bu iki ölkədə öz tərəfdarlarını hakimiyyətə gətirmək üçün bütün imkanlarını səfərbər etdi.  Ərəbistanın xeyir-duası ilə nəfəs alan sabiq baş nazir Həririnin istefasından sonra böhran daha da gücləndi. Amma ictimai-siyasi böhranın ağırlığını dərk edən siyasi qüvvələr güzəştli addım atdılar və nəhayət vahid namizəd üzərində dayandılar. Əl-Məyadin şəbəkəsi xəbər verir ki, sabah parlament hökumətin təşkili üçün namizəd mövzusunu araşdıracaq. Səmir Xətibin namizədliyi gündəmdədir. Demək olar ki, bütün siyasi cərəyanlar Səmir Xətibin namizdəliyini qəbul edir. Yeganə müxalif Livan Qüvvələri partiyasının lideri Səmir Cəcədir.
 
Source : IslamTimes
Tagged
hökumət