0
Thursday 19 December 2019 - 19:51

Morales: Harada ABŞ səfirliyi varsa, orada çevriliş də var

Story Code : 833726
Morales: Harada ABŞ səfirliyi varsa, orada çevriliş də var
Ordunun təzyiqlərindən sonra istefa verən Boliviya prezidenti ona qarşı "çevriliş"in pərdə arxası haqda danışıb. O bildirib ki, prezident olduğu zaman Vaşinqton ondan İran, Venezuela və Kuba ilə əlaqələrə son qoymasını tələb edibmiş.
Morales əlavə edib: ABŞ heç zaman Boliviyanın inkişaf etməsini, dünya ölkələri ilə rabitə qurmasını istəməyib. Mən ABŞ səfirini Boliviyadan qovdum. Çünki o burada fitnəkarlıqla məşğul idi. Amma ABŞ öz müdaxilələrindən yenə əl çəkmədi. Müxalif partiyadan olan namizədlə əlaqə yaratdı. Bəzi ordu üzvlərinə seçki məntəqələrinə basqın edilməsi göstərişi Vaşinqton tərəfindən verilmişdi. Mən bu təhlükələr səbəbindən istefa vermək məcburiyyətində qaldım.
Source : IslamTimes
Tagged
Boliviya