0
Sunday 22 December 2019 - 23:54

Türkiyə dərhal reaksiya verdi: İsrailə qarşı istintaq...

Story Code : 834245
Türkiyə dərhal reaksiya verdi: İsrailə qarşı istintaq...
Beynəlxalq Cinayət Məhkəməsi İsrailin Fələstinə qarşı törətdiyi müharibə cinayətlərinin araşdırılması barədə qərarı ilə tarixi bir addım atıb.
Bu sözləri AKP-nin sədr müavini Numan Qurtulmuş Tvitter səhifəsində yazıb. O, sülh və insanlığın tərəfində olan bütün xalqları bu cəhdə dəstək olmağa çağırıb:
“Sonda Fələstin qazanacaq, insanlıq qazanacaq”, - deyə o bildirib.
Qeyd edək ki, Beynəlxalq Haaqa Məhkəməsinin Baş prokuroru Fatou Bensouda İsraildə törədilən müharibə cinayətləri ilə əlaqədar istintaq başlatmaq istəyini bildirib. /Axar/