0
Sunday 29 December 2019 - 11:16

ABŞ Bağdada təzyiqini davam etdirir

Story Code : 835413
ABŞ Bağdada təzyiqini davam etdirir
Diyalə vilayətində Müsəlman Alimlər İttifaqının rəisi Cabbar əl-Məmuri Amerikanın Bağdada son təzyiqlərindən danışıb. İttifaq rəisi deyib: Amerika İraq hökumətinə təzyiq göstərir ki, İran-İraq sərhəddindəki Məndəli sərhəd-keçid məntəqəsini bağlasın. Bu keçid məntəqəsi iki ölkə arasında iqtisadi əməkdaşlıqda böyük rol oynayır və Vaşinqton bundan xəbərdardır. Bu keçid məntəqəsi Diyalə məntəqəsində əhalinin iqtisadi vəziyyətinə çox təsirlidir. Amerika İraqla İran arasında bütün əlaqələrin kəsilməsini istəyir.
İraq sərhəd gömrük idarəsi bir neçə gün öncə elan edib ki, İraqla İran arasında Sumar-Məndəli keçid məntəqəsi 4 ay fasilədən sonra işə düşüb. Bu keçid məntəqəsi İraqın Diyalə vilayətini İranın Kirmanşah məntəqəsi ilə birləşdirir.
Source : IslamTimes