2
Saturday 4 January 2020 - 21:14

Süzan Rays: ABŞ-ın İranın intiqam planları qarşısında dayana biləcəyinə şübhə edirəm

Story Code : 836557
Süzan Rays: ABŞ-ın İranın intiqam planları qarşısında dayana biləcəyinə şübhə edirəm
Sabiq ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Süzan Rays MSNBC kanalına müsahibə verib. Xanım Rays Qüds Qüvvələrinin komandiri Qasim Süleymaninin Bağdadda ABŞ qüvvələri tərəfindən terror edilməsi mövzusuna toxunub. O ABŞ-ın İran hakimiyyətinin qisas tədbirləri qarşısında müqavimət göstərə biləcəyinə şübhə ilə yanaşdığını bildirib.
Süzan Rays Obama hakimiyyəti dövründə general Süleymaniyə hücumla bağlı heç bir təklif irəli sürülmədiyini bildirib. O deyib ki, əgər hər hansı bir təklif olsaydı belə ölçü-biçisiz addım atmaq əvəzinə, bu qərarın təhlükələri, zərərləri tam araşdırılardı. Biz Amerikanın təhlükəsizliyini gücləndirən və ya zəiflədən bütün addımları götür-qoy edirdik.
Keçmiş milli təhlükəsizlik məsələləri üzrə müşavir İranın qisas alma ehtimalına toxunaraq, deyib: Ciddi dəlillər var idi ki, bütün ehtimallarda Qasim Süleymaninin qətlinin zərər-ziyanları onun faydalarından daha çoxdur!
Tramp Süleymaninin ABŞ-a zərbə vurmağa hazırlaşdığı üçün onun vurulması ilə bağlı göstəriş verdiyini iddia edir. Əgər belə bir xəbər var idisə belə, yeganə çıxış yolu generalın öldürülməsi deyildi.
Bu hadisədən sonra dövlət diplomatlarını bəzi ölkələrdən çıxarmaqla onları qoruya bilməz. İran ağlagəlməyən bir yolla intiqam ala bilər..."
Source : IslamTimes