0
Saturday 11 January 2020 - 14:32

Co Bayden: Tramp ABŞ-ı plansız bir müharibəyə sürükləyir

Story Code : 837848
Co Bayden: Tramp ABŞ-ı plansız bir müharibəyə sürükləyir
2020-ci il ABŞ prezidentliyinə əsas namizədlərdən olan Co Bayden Donald Trampın təkbaşına aldığı qərarlar haqqında danışıb və onun İranla bağlı siyasətini sərt şəkildə tənqid etdi. Bayden Twitter hesabında yazıb: "Səhv etməyin, İranla bağlı vəziyyət Donald Trampın özünün yaratdığı böhrandır. Tramp bizi heç bir strategiyasız, plansız bir müharibəyə doğru sürükləyir. O (Tramp) ABŞ tarixinin ən səriştəsiz prezidentdir."
Qeyd edək ki, general Qasim Süleymani şəhid edilən zaman da Co Bayden açıqlama verərək bu hərəkətlə Trampın böhranı həll etmək əvəzinə ABŞ-ı daha da böhranlı bir vəziyyətə saldığını bildirmişdi.
Source : IslamTimes