0
Saturday 9 July 2011 - 08:28

Tripolidə Qəddafinin iqamətgahı yaxınlığında iki güclü partlayış baş verib

Story Code : 83819
NATO - Tripoli
NATO - Tripoli
Partlayış nəticəsində dəyən ziyan barədə xəbər verilmir. Bir qədər əvvəl Müəmmər Qəddafi bəyan etmişdi ki, NATO aviasiyasının hücumlarının qisasını almaq üçün Avropa ölkələrinə yüzlərlə əsgər göndərmək niyyətindədir. 

Martın 31-dən, NATO-nun Liviyada hərbi əməliyyatları başladığı zamandan alyansın aviasiyası 14500 uçuş edib, onlardan 5 mini döyüş uçuşları olub. 

NATO-nun hücumları nəticəsində bu günədək minlərlə dinc sakin həlak olub.
Source : apa
Comment