0
Saturday 18 January 2020 - 21:49

Makronun olduğu yeri deyən jurnalist saxlanıldı

Story Code : 839308
Makronun olduğu yeri deyən jurnalist saxlanıldı
Axar.az xəbər verir ki, bu barədə Fransa mediası yazıb. Jurnalist Taha Bohafsın ötən axşam Parisdəki teatr salonunda olduğu yeri sosial şəbəkədə işarələyərək yazdığı sözlər xatırladılıb:
“Hazırda (Parisdəki) Buffes du Nord teatr salonundayam. Fransa prezidentindən 3 sıra arxadayam. Bəzi etirazçılar buralardadır və hər kəsi bura çağırır. Hazırlıq görülür. Bu axşam hərəkətli ola bilər”, - jurnalist qeyd edib.
Qeyd edək ki, ötən gün bəzi fransalı jurnalistlərin sosial şəbəkələrdə Makronun Parisdəki teatr salonunda olması ilə bağlı paylaşımlarından sonra etirazçılar əraziyə gəlmişdi. Pensiya islahatına qarşı çıxan nümayişçilər teatr salonuna girməyə çalışmışdı.
Related Stories