0
Monday 27 January 2020 - 17:50

Təcili: ABŞ təyyarəsi vuruldu - bütün sərnişinlər həlak olub

Story Code : 841054
Təcili: ABŞ təyyarəsi vuruldu - bütün sərnişinlər həlak olub
Bu gün günorta saatlarında Əfqanıstanın Ğəzni vilayətində ABŞ Silahlı Qüvvələrinə məxsus təyyarə hədəfə alınıb. İlk öncə təyyarənin Əfqanıstanın Ariana Hava Yollarına aid olduğu iddia edilmişdi. Amma daha sonra bu Hava Yolları Şirkəti onların heç bir uçuşunda problem yaşanmadığını elan edib. Təyyarənin süqut etdiyi məntəqə Talibanın nəzarətində olduğu üçün dəqiq məlumat əldə etmək uzun sürüb. Sonda təyyarənin fotoları yayılıb və təyyarənin üzərində ABŞ ordusunun gerbi olduğu müəyyən edilib. Hadisə yerindəki şahidlər iki pilotun yanmış cəsədindən başqa əksər sərnişinlərin cəsədlərinin parça-parça olduğunu bildiriblər.
Taliban terror təşkilatının sözçüsü Zəbiullah Mücahid təyyarənin Taliban tərəfindən vurulduğunu bildirib. O qeyd edib ki, ABŞ təyyarəsində CIA-nın yüksək rütbəli kəşfiyyat üzvləri olub.
Source : IslamTimes
Related Stories