0
Friday 31 January 2020 - 18:17

Sionist hərbiçiləri Əl-Əqsa məscidinə hücum edib

Story Code : 841816
Sionist hərbiçiləri Əl-Əqsa məscidinə hücum edib
"Deyerler.org"un Parstoday-a istinadən verdiyi xəbərə görə, sionist hərbçilərinin bu hərəkətləri ABŞ prezidentinin Ağ Evdə "əsrin müqaviləsi" adı altında planının yayılmasından bir gün sonra törədilib. Tramp, çərşənbə axşamı Ağ Evdə İsrail rejiminin baş naziri Benyamin Netanyahunun "əsrin müqaviləsi" adlanan qondarma ABŞ planını ortaya qoyub.
 
"Əsrin müqaviləsi", Səudiyyə rejimi də daxil olmaqla, bir neçə ərəb ölkəsinin əməkdaşlığı ilə hazırlanan, Fələstin xalqının hüquqlarını pozmaq üçün ABŞ-ın yeni bir hiylə planıdır. Bu plan müqəddəs Qüdsü sionist rejimə təhvil verir, müqavimət qüvvələrinin döyüşməsini qadağan edir və fələstinli qaçqınları ölkələrinə qayıtmaq hüququndan məhrum edir. Bu plana əsasən, Fələstin yalnız Qərbi Şəriyədə və Qəzza zolağında qalan torpaqlara sahib olacaq.
 
Bütün fələstinli qruplar və hərəkatlar bu planla razılaşmadıqlarını bəyan etdilər. Dünyanın bir çox ölkəsi, bütün dünyada, xüsusən İslam dünyasında olan siyasi və din xadimləri bu planı kəskin şəkildə qınayır.
 
Source : Deyerler
Comment