0
Sunday 2 February 2020 - 14:38

Mahmud Abbas ABŞ-ın “Əsrin razılaşması”na alternativ plan təqdim edəcək

Story Code : 842185
Mahmud Abbas ABŞ-ın “Əsrin razılaşması”na alternativ plan təqdim edəcək
“Report” xəbər verir ki, bunu Fələstinin xarici işlər naziri Riyad əl-Maliki deyib. Onun sözlərinə görə, iclas 11 fevral tarixində keçiriləcək.

Qeyd edək ki, Mənzil-qərargahı Qahirədə yerləşən Ərəb Dövlətləri Liqası ABŞ prezidenti Donald Trampın Yaxın Şərqdə sülh planı ilə bağlı təcili iclas keçirib.

Fələstinin tələbi ilə çağırılan fövqəladə iclasın yekununda kommünike qəbul edilib. Sənəddə “Əsrin razılaşması” adlandırılan planın ədalətsiz olduğu vurğulanıb.