0
Friday 7 February 2020 - 13:29

Culian Assanca qarşı dəhşətli işkəncə - O günün 23 saatını...

Story Code : 843182
Culian Assanca qarşı dəhşətli işkəncə - O günün 23 saatını...
2010-cu ildə WikiLeaks internet saytını təsis edən Culian Assanc bu sayt vasitəsi ilə ABŞ-ın İraq, Əfqanıstan və digər məntəqələrdəki qorxunc cinayətləri ilə bağlı faktları dünyaya nümayiş etdirdi. Bu faktların ortaya çıxması ilə ABŞ dünyada ciddi problemlərlə üzləşdi. Həyatı təhlükədə olan Assanc isə İngiltərədəki Ekvador səfirliyinə sığınmaq məcburiyyətində qaldı. 7 il səfirlikdə məskunlaşan Culian Assanc Ekvadorun onun toxnulmazlığını ləğv etməsindən sonra İngiltərə onu həbs etdi və bu günə qədər Assancı dəhşətli işkəncələrə məruz qoyur.
BMT-nin xüsusi namayəndəsi bu haqda məlumat verərək bildirib ki, Culian Assanc günün 23 saatını İngiltərə həbsxanasında təkadamlı kamerada keçirir.
Assancın həbsi dünyada böyük etirazlara səbəb olub. Hətta Almaniyada 130 siyasətçi imza toplayaraq Assancın təcili şəkildə azad edilməsini tələb edib.
Qeyd edək ki, Donald Tramp Assancın Hillari Klintonla bağlı həqiqətləri üzə çıxarmasından sonra Assancı dəstəkləmişdi. Amma Klinton nüfuzdan düşdükdən sonra Tramp İngiltərə hakimiyyətindən Assancı mühakimə etməyi tələb edib.
Source : IslamTimes