0
Saturday 8 February 2020 - 20:14

Tramp Ağ Evdə “təmizliyə” başladı – Onların vəzifəsinə son verilir

Story Code : 843467
Tramp Ağ Evdə “təmizliyə” başladı – Onların vəzifəsinə son verilir
Teleqraf.com xəbər verir ki, “Vaşinqton Post” qəzeti Vindmanla yanaşı, impiçment araşdırmasında iştirak edən digər şəxslərin də postlarından uzaqlaşdırılacağını iddia edib.
Məlumata görə, Vindman Ağ Evdən vəkili David Pressmanın müşayiəti ilə çıxarılıb.
Tramp bundan sonra verdiyi açıqlamada “Özündən məmnun deyiləm. Məmnun olmağımı gözləyirsiniz?”, deyib.
Ağ Evin sözçüsü Stefaniya Qrişam açıqlama verərək, Prezident Trampın qorxunc impiçment prosedurunu gözdən keçirdiyini, bəzilərinin buna görə cavab verəcəyini bildirib.