0
Sunday 9 February 2020 - 23:02

Qeys Xəzəli: Amerika il yarım sonra İraqı tərk edəcəyinə söz verdi

Story Code : 843608
Qeys Xəzəli: Amerika il yarım sonra İraqı tərk edəcəyinə söz verdi
Qeys Xəzəli "Əl-Əhd" televiziya kanalı ilə müsahibəsi zamanı deyib: "İraq dövləti ABŞ-dan Amerika ordusunu bu ölkədən çıxarmağı tələb etdi. ABŞ qeyri-rəsmi məktubla ordunu geri çəkməyə hazır olduğunu bildirib. Amma bu prosesin bir il yarım sonra baş verəcəyinə vədə verdilər. Ola bilsin ki, bu tarix qarşıdakı seçkilərlə bağlıdır."
Qeys Xəzəli əlavə edib: "İraq ABŞ-ın bu vədəsinə inanmır. Çünki ilk növbədə onlar bu vədi rəsmi şəkildə deyil, qeyri-rəsmi olaraq bizə söylədilər. İkinci səbəb isə ABŞ-ın İsrailin mənafelərini nəzərə alaraq qərarlar qəbul etməsidir! Biz ABŞ-dan elə yaxın zamanlarda qüvvələrini İraqdan çıxarmasını tələb edirik. İraq xalqı yeni baş nazir Məhəmməd Tofiq Əlavinin qarşısına bəzi şərtlər qoyub. Xalq baş nazirdən istəyib ki, ABŞ qüvvələrinin İraqdan çıxarılması üçün onlardan rəsmi vəd alsın..."
Qeyd edək ki, Qasim Süleymaninin ABŞ tərəfindən İraqda terror edilməsindən sonra İraq Parlamenti Amerika qüvvələrinin İraqdan çıxarılması ilə bağlı qərar qəbul edib.
Source : IslamTimes