1
Thursday 13 February 2020 - 18:28

"Oğru elə bağırdı, doğrunun bağrı yarıldı" - bax belə olur

Story Code : 844391
"Oğru elə bağırdı, doğrunun bağrı yarıldı" - bax belə olur
“Seçki məntəqələrində müşahidəçinin ancaq seçkini müşahidə etmək və qanun pozuntusu varsa, bunu qeyd edib, məntəqə seçki komissiyasının sədrinə təqdim etmək hüququ var”. 
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib. Məzahir Pənahov bildirib ki, müşahidəçinin vəzifəsi orada seçkini müşahidə etməkdir: “Məntəqədə komissiyaya göstəriş vermək müşahidəçinin hüququ deyil. Məntəqələrin çoxunda müşahidəçilər qanun pozuntularına yol verib. Bu pozuntular hətta cinayət tərkibi ola biləcək pozuntulardır”.
Qeyd edək ki, bir neçə gün öncəki Parlament seçkiləri zamanı o qədər saxtakarlıq olub ki, artıq saxtakarlığa alət olanların belə etiraz səsi yüksəlib. 307 saylı məktəbin müəllimi Aynurə Abdullayeva yazıb: "Təhsil Nazirliyi tutdurun hamımızı, daha bizi söyməsinlər, bəlkə bu xəcalətdən qurtaraq. Mövqe qoyun ortaya, müəllimlərin nüfuzunu xilas edin. Seçkilər məktəblərdə olsa da, müəllimlər komissiya üzvü olmasın...
Bizi seçki tamaşasına qatmağa icazə verməyin, özümüz YOX deyə bilmirik. Çünki əziyik, mütiyik, hüquq və vəzifələrimizi hələ anlamamışıq..."
Source : IslamTimes