0
Sunday 16 February 2020 - 19:00

Münhen Təhlükəsizlik Konfransı başa çatıb

Story Code : 844917
Münhen Təhlükəsizlik Konfransı başa çatıb
APA-nın məlumatına görə, 14-16 fevral tarixlərində keçirilən konfransda 150 dövlət başçısı, baş nazir və hökumət üzvləri də daxil olmaqla, 800-dən çox nümayəndə iştirak edib.
Münhen Təhlükəsizlik Konfransının sədri Volfqanq İşinqer konfrans çərçivəsində debatların təşkilinə nail olduqlarını söyləyib: “Kimsə debatlarla razılaşdı, kimsə də razılaşmadı. Biz tədbirin məhz belə keçməsini istəyirdik”.
Qeyd edək ki, Münhen Təhlükəsizlik Konfransı 1963-cü ildə NATO-ya üzv ölkələrin müdafiə qurumlarının nümayəndələrinin iclası kimi keçirilməyə başlayıb. Hazırda Münhen Təhlükəsizlik Konfransı siyasətçilər, diplomatlar, hərbçilər, biznesmenlər, elm və ictimaiyyət xadimlərinin diskussiya forumuna çevrilib. Münhen Təhlükəsizlik Konfransının yekununda bəyannamə və hər hansı razılaşma imzalanmır. Konfrans dünya səviyyəsində siyasətçilər və diplomatlar üçün görüşlərin keçirilməsi və müzakirələrin aparılması üçün neytral məkan sayılır.
Related Stories