0
Wednesday 13 July 2011 - 07:35

Bəşər Əsəd mələk deyil, amma…

Story Code : 84680
Bəşər Əsəd mələk deyil, amma…
Bəşər Əsəd mələk deyil, amma…
Ərəb inqilabları fonunda Suriyada da qan axıdıldı, xalqa atəş açıldı. Suriya prezidenti xalqa özbaşına atəş açmış yüzlərlə polis işçisini işdən qovaraq cəzalandırdı. Bu hadislərdən öncə də Suriya prezidenti özü üçün yaşayan dünyəvi bir adamdı. Amma İsrail məsələsində barışmaz mövqe tutmuşdu. 

Onun bu mövqeyi ətrafında xeyli tərəfdarların toplanmasına səbəb olub. Və… Dəməşqdə qəzəbli kütlə ABŞ səfirliyi kompleksinə və səfirin iqamətgahına soxulub. Tələfat olmasa də binalara maddi ziyan dəyib. 

Vaşinqton Suriya hökumətindən ziyanın ödənilməsini tələb edib.
«Suriya prezidenti Bəşər Əsəd əvəzedilməz deyil və ABŞ onun hakimiyyətdə qalmağında tamamilə maraqlı deyil». Bu barədə ABŞ dövlət katibi Hillari Klinton bəyan edib.

Source : HaqqYolu
Comment