0
Wednesday 26 February 2020 - 13:18

Sanders: Beytül-Müqəddəsdəki səfirliyi Tel-Əvivə köçürəcəyəm

Story Code : 846897
Sanders: Beytül-Müqəddəsdəki səfirliyi Tel-Əvivə köçürəcəyəm
Demokrat Partiyasının öncül namizədi olan 78 yaşlı Berni Sanders deyib: "Noyabr ayında keçiriləcək 2020-ci il ABŞ prezident seçkilərində qalib gəlsəm ABŞ-ın İsraildəki səfirliyini Beytül-Müqəddəsdən Tel-Əvivə köçürəcəyəm..."

Sanders bu gün demokrat namizədlərin debatı zamanı jurnalistlərin işğalçı İsrail ilə bağlı suallarına yəhudi bir senator olaraq belə cavab verib: "Bizim gələcək planlarımızda ABŞ səfirliyinin yenidən Tel-Əvivə qaytarılması da var."

"The Times of Israel"-in verdiyi məlumata əsasən, Sanders Benyamin Netanyahunun irqçi olduğunu bildirərək deyib: "Nəzərimcə İsrail bu gün Netanyahunun varlığı ilə irqçi, mürtəce bir siyasətçi tərəfindən idarə olunur."

Berni Sanders İsraillə bağlı siyasəti haqda deyib: "ABŞ İsrailin təhlükəsizliyi, müstəqilliyi ilə bağlı siyasətində dəyişiklik etməyəcək. Amma Fələstin xalqının çəkdiyi, əzab-əziyyətlərə də göz yummaq olmaz."
Source : IslamTimes