Axar.az xəbər verir ki, bunu AB Sərhədlərinin Mühafizəsi Agentliyinin (“Frontex”) icraçı direktoru Fabris Leggeri deyib.
F.Leggeri “Frontex” sazişini imzalayan ölkələrə Yunanıstan sərhədində təhlükəsizliyi təmin etmək üçün çağırış edib:
“Avropa Birliyi ölkələrindən Yunanıstan sərhədinə 5 gün ərzində 1500 təhlükəsizlik əməkdaşı göndərməsini, 10 gün içində isə texniki avadanlıqla təmin etməsini tələb edirik”, - icraçı direktor bildirib.
Qeyd edək ki, Türkiyə 27 fevralda miqrantlar üçün Avropaya qapını açıb. İndiyə qədər artıq 150 minə yaxın miqrant ölkəni tərk edib.