0
Thursday 5 March 2020 - 15:06

Suriya ordusu Afəs kəndini azad etdi

Story Code : 848566
Suriya ordusu Afəs kəndini azad etdi
Deyerler.org İSWNews-a istinadən xəbər verir ki, Suriya ordusu və müqavimət qüvvələri tərəfindən 19 dekabr 2019 tarixində başladılan ölkənin şimal-qərbindəki əməliyyatı nəticəsində indiyə qədər təxminən 2345 km2-lik ərazi Türkiyənin dəstəklədiyi terrorçulardan azad edilib. Azad edilən ərazinin 763 km2-lik hissəsi Hələbdə və 1582 km2-i İdlib əyalətlərində olub.

Hələb əyalətində Hələb şəhərinin qərbindəki strateji ərazilər azad edildikdən sonra, döyüş sona çatıb və azad edilmiş ərazilər sabitləşib. Görünən budur ki, Türkiyə hərbçiləri yeni cəbhə açmaq niyyətində deyil.

İdlib vilayətində isə vəziyyət çox fərqlidir. İdlibin cənub-qərbində Zaviyyə dağında və İdlibin şərqində Səraqibdə Suriya ordusu ilə terrorçular arasında döyüşlər davam edir.

Son günlər Səraqibin ordu ilə yaraqlılar arasında bir neçə dəfə əl dəyişməsindən sonra İdlibin cənub-qərbindəki bəzi kəndlər və yüksəkliklər terrorçular tərəfindən işğal edildi, lakin Suriya ordusu Kafr Nəbl-Safuhan-Ankavi oxu ətrafında terrorçuların irəliləməsini dayandıra və əvvəlki irəliləmələrini sabitləşdirə bildi.

Bu gün (5 mart) Moskvada İdlibdəki vəziyyət və bölgənin gələcəyi ilə bağlı Türkiyənin prezidenti Ərdoğan və Rusiyanın prezidenti Putin arasında görüş olacaq. Keçən həftə Ərdoğan son məğlubiyyətlərin acısını azaltmaq və Moskva zirvəsində daha çox sövdələşmə əldə etmək üçün Səraqibi ələ keçirmək və M5 yolunu kəsmək üçün çox çalışdı, lakin Suriya və müqavimət oxunun əzmkarlığı ilə onu bacarmadı.

Moskvanın zirvə görüşünün böyük əhəmiyyəti var və nəticəsi İdlib bölgəsində bir çox şeyi müəyyənləşdirəcək.