0
Wednesday 25 March 2020 - 11:59

Mübariz Mənsimovun səhhəti pisləşdi – Son dəqiqə

Story Code : 852493
Mübariz Mənsimovun səhhəti pisləşdi – Son dəqiqə
Axar.az xəbər verir ki, bu barədə Palmali Şirkətlər Qrupunun mətbuat katibi Fidan Quliyeva qeyd edib.

F.Quliyeva bildirib ki, bir neçə gündür aclıq elan edən M.Mənsimovun səhhəti ağır durumda, özü isə halsız vəziyyətdədir:

“Vəkillər Mənsimovun həbsdən azad edilməsi istiqamətindən fəaliyyətlərini durmadan davam etdirirlər”.

Qeyd edək ki, İstanbul hüquq-mühafizə orqanları M.Mənsimovun evində 15 martda axtarış aparıblar və onun saxlanılmasına qərar veriblər. 17 martda isə İstanbul Məhkəməsi Mənsimovun istintaq müddətində həbsi ilə bağlı qərar verib. M.Mənsimov FETÖ ilə əlaqədə və bu terror qrupuna maliyyə dəstəyində suçlanır.

Qeyd edək ki, Mübariz Mənsimov onun həbsinin sifarişlə yerinə yetirildiyini bildirib və ARDNŞ Prezidenti Rövnəq Abdullayevə sərt mesajlar ünvanlayıb.