0
Monday 6 April 2020 - 08:30

Donald Tramp Boris Consonu təsəlli verməyə çalışdı

Story Code : 854933
Donald Tramp Boris Consonu təsəlli verməyə çalışdı
ABŞ prezidenti Donald Tramp bildirib ki, Böyük Britaniyanın koronavirusa yoluxduğuna görə xəstəxanaya yerləşdirilərək süni nəfəs aparatına qoşulan baş naziri Boris Consonun xəstəlikdən sağalacağına əmindir.

Bu barədə “Report” RİA “Novosti”yə xəbər verir.

Ağ Ev rəhbəri xəstəxanaya yerləşdirilmiş baş nazirə sağalma arzulayıb. Tramp əminliyini ifadə edib ki, Boris Conson sağalacaq.

"Mən ümid edirəm və əminəm ki, o, qaydasında olacaq. O, güclü və yaxşı insandır", - Tramp jurnalistlərə deyib.