0
Wednesday 8 April 2020 - 01:29

İrandan KOVİD-19 diaqnozunu qoymaqda yeni icad

Story Code : 855317
İrandan KOVİD-19 diaqnozunu qoymaqda yeni icad
Deyerler.org Mehr-ə istinadən xəbər verir ki, İranda hərbi texniki qüvvələr fotoelektrik yoxlama texnikasına əsaslanan ağıllı bir sistem icad ediblər və KOVİD-19 virusuna qarşı mübarizədə yeni ixtiralarla izdihamlı yerlərdə insanların bədən istiliyini ölçən cihazdan istifadə etməyə başlayıblar.
Baqiyatallah Xəstəxanasında KOVİD-19 diaqnozu qoyulması üçün izdihamlı mühitdə yüksək dəqiqlikli elektro-optik yoxlama sisteminin açılış mərasimi keçirilib.
İranın İnqilab Keşikçiləri Ordusunun komandiri general Əhməd Abdullahi yeni səhiyyə işləri ilə bağlı bunları deyib: “Bu ağıllı cihaz koronavirus ilə yoluxmuş insanları ayırmaq üçün bədən istiliyini ölçən və optik və termal kameralardan və görüntüləri qeydə alan bir istilik bazasından ibarətdir”.