0
Wednesday 22 April 2020 - 17:03

Türkiyə, Rusiya və İran XİN başçılarının video-konfrans formatında görüşü keçirilib

Story Code : 858307
Türkiyə, Rusiya və İran XİN başçılarının video-konfrans formatında görüşü keçirilib
APA-nın xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər naziri  Mövlud Çavuşoğlu "Twitter"də bildirib.

 "7-ci Astana prosesi çərçivəsində Xarici İşlər nazirlərinin görüşü tele-konfrans vasitəsilə baş tutdu. Suriya məsələsi kontekstində COVID-19 pandemiyası ilə mübarizəni müzakirə etdik. Həmçinin İdlib və Fəratın şərqindəki son hadisələr, siyasi proses, humanitar vəziyyət və sığınacaq axtaranların geri qaytarılması ətrafında da müzakirələr apardıq", - deyə Türkiyə XİN başçısı qeyd edib.