0
Monday 27 April 2020 - 00:22

Səudiyyə koalisiyası atəşkəs elan etdikdən sonra hücumları daha da artırıb

Story Code : 859163
Səudiyyə koalisiyası atəşkəs elan etdikdən sonra hücumları daha da artırıb
Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri deyib: "Bu gün hərbçilərimiz və Xalq Komitələri Allahın köməyi ilə Səudiyyə koalisiyasının Mərib vilayətinin Rəğvan məntəqəsindəki geniş əməliyyatlarının qarşısını aldı və onların irəliləməsinə izn vermədi."

Əl-Məsirə şəbəkəsinin verdiyi məlumata görə, Səudiyyə koalisiyasına məxsus qırıcılar 24 saat ərzində Mərib vilayətinin Sərvah və Muczər şəhərlərinə 17 dəfə, Mədğal şəhərinə isə 5 dəfə hücum edib və bu şəhərləri bombalayıb.

Səudiyyə koalisiyası iddia etdiyi birtərəfli atəşkəsin elan olunmasından iki həftə sonra, cümə günü bu atəşkəsin bir ay uzadılacağını bildirdi. Koalisiya atəşkəsin koronavirusla mübarizəyə kömək məqsədi ilə elan edildiyini iddia etmişdi.

Amma Səudiyyə koalisiyasının iddiasının əksinə olaraq Ali-Səud rejimi hücumları nəinki dayandırmayıb, hətta son 17 gündə daha da gücləndirib.
Source : IslamTimes