0
Tuesday 28 April 2020 - 22:04

"İran ordusu ABŞ hərbi gəmilərinin hərəkətini diqqətlə izləyir"

Story Code : 859589
"İran ordusu ABŞ hərbi gəmilərinin hərəkətini diqqətlə izləyir"
AZƏRTAC xəbər verir ki, bu fikir İran Silahlı Qüvvələrinin Baş Qərargahının yaydığı bəyanatda yer alıb. Bəyanatda qeyd olunur ki, İran ordusu ABŞ-ın hərbi gəmilərinin hərəkətini diqqətlə izləyir. Bu gəmilərin hər hansı bir təxribat xarakterli hərəkəti cavabsız qalmayacaq. İran ordusu ABŞ hərbi gəmilərinin təxribatına qəti və ağır cavab verəcək.

Bəyanatda deyilir ki, ABŞ-ın rəhbərliyi ilə hərbi dəniz koalisiyası yaradılıb ki, körfəzdə təhlükəsizliyi təmin etsin. Amma söhbət hansı təhlükədən gedir? ABŞ kimi kimdən qorumaq, kimə qarşı yönəlmiş təhlükəni dəf etmək istəyir? Bütün bunlar regiona müdaxilə etmək üçün bəhanədir. Dənizlərdə təhlükəsizlik ABŞ-ın hərbi gəmiləri regionu tərk etdikdən sonra təmin olunacaq.

Bəyanatda ABŞ-ın adıçəkilən körfəzlərdəki hərbi gəmilərinə xəbərdarlıq edilib ki, onlar qanunsuz və təhdidedici hərəkətlərə yol versələr qəti cavab alacaqlar.

Nəzərə çatdırılıb ki, İran heç vaxt hərbi toqquşma tərəfdarı deyil və heç zaman ilk olaraq silahlı toqquşma yaratmayacaq. Lakin İranın milli maraqlarına təhlükə yaransa, onda istənilən təxribat xarakterli hərəkətlərin qarşısını alacaq.