0
Monday 4 May 2020 - 11:42

İranda Beynəlxalq Qüds Günü yürüşləri keçiriləcək, tarixi mesaj gözlənilir...

Story Code : 860585
İranda Beynəlxalq Qüds Günü yürüşləri keçiriləcək, tarixi mesaj gözlənilir...

İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, bunu İranda İslami Təbliğat üzrə Koordinasiya Şurasının Qüds və İntifazə Qərargahının sədri  generalı pasdar Ramazan Şərif bildirib.
 Ramazan Şərif dünən  Beynəlxalq Qüds Günü tədbirlərinin elan olunması münasibətilə keçirilən mətbuat konfransında  "Həmin gündə İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei Qüds barədə çıxış edəcək.", -deyə qeyd edərək bu gündə tarixi mesaja işarə edib.
İslami Təbliğat üzrə Koordinasiya Şurasının sədr əvəzi Nosrətollah Lotfi də bildirib ki, Beynəlxalq Qüds Günü tətil qəbul etməyən bir gündür. 
"Bu il koronavirus epidemiyasına görə, Beynəlxalq Qüds Günü şəraitə uyğun formada keçiriləcək. Koronavirusla Milli Mübarizə Qərargahının ağ elan edəcəyi şəhərlərdə əhalinin iştirakı ilə fəal yürüşlər keçiriləcək. Bu yürüşlər könüllü və təbii şəkildə hər il olduğu kimi baş tutacaq. Digər şəhərlərdə sosial məsafələrin saxlanılması ilə hərilki marşrutlarda yürüşlərin keçirilməsi, Beynəlxalq Qüds Günü yürüşünün əzəmətlə keçirilməsi üçün verilən təkliflərdəndir.", -deyə Nosrətollah Lotfi qeyd edib.
Bu arada İran prezidenti Həsən Ruhani dünən dövlət televiziyası ilə yayımlanan çıxışı zamanı bu günə -  mayın 4-də aşağı riskli regionlarda məscidlərin açıla biləcəyini bildirib. 
İranın koronavirusa qarşı mübarizə ilə komitəsinin mayın 3-də televiziya ilə yayımlanan iclasında danışan Ruhani ölkənin 132 inzibati bölgəsinin üçdə bir hissəsində “məscidlərin sabah açılacağını” deyib.
Həsən Ruhani Qərb ölkələrinin koronavirus zamanı göstərdikləri zəiflikdən də danışıb.
Ruhani bildirib ki, Amerikada müalicə üçün qara ilə ağ və yerli ilə qeyri-yerli arasında fərq qoyulur.
"Avropa Birliyində də zahirdə bir-biriləri ilə dost olan ölkələr maska əldə etmək üstündə bir-biriləri ilə rəqabət aparırlar", -deyə İran prezidenti əlavə edib.
 
Source : Islamazeri
Comment