0
Monday 4 May 2020 - 12:09

Bill Qeytsə ittiham atan rejissorun məşhur verilişini dayandırdılar - VİDEO

Story Code : 860590
Bill Qeytsə ittiham atan rejissorun məşhur verilişini dayandırdılar - VİDEO
Musavat.com xəbər verir ki, Mixalkov “Rossiya-24” kanalında yayımlanan “Besoqon” adlı müəllif proqramını bu dəfə “Dövlət kimin cibindədir” sualı ətrafında qurub.
Proqramda o, “Microsoft” şirkətinin həmtəsisçisi Bill Qeytsin ünvanına ittihamlar səsləndirib. Belə ki, Mixalkov, Bill Qeytsi insanları çaşdırmaq niyyətində ittiham etdi.
 
Onun sözlərinə görə, Qeyts insanların bədəninə koronavirusdan peyvənd adı altında çip yeritmək niyyətindədir. Bu çip vasitəsi ilə isə insanları idarə edəcəklər. Mixalkovun sözlərinə görə, bu, dünya əhalisini azaltmaq və ətraf mühitin yaxşılaşdırılması üçün lazımdır. O, iddia edib ki, bu çiplər vasitəsilə insanları özünü öldürməyə vadar ediləcək. Tanınmış rejissor daha da irəli gedərək ingilis dilində hazırlanmış bir sənəd göstərib və deyib ki, çiplər üçün pantent almaq üçün artıq qeydiyyat sənədi də var. O, sənədin nömrəsinə diqqət çəkib: WO/2020/060606. Sonra isə sənəd də üç altı olmasını (666) təsadüfi hesab etmədiyini deyib.
 
Veriliş bitəndən sonra Mixalkovun dedikləri xüsusilə sosial şəbəkələrdə ciddi müzakirəyə çevrilib. Bu səbəbdən telekanal “Besoqon”un bu şənbə və bazar günləri efirə gedəcək təkrarını yayımdan qaldırıb.
 
Bill Qeytsə ittiham atan rejissorun məşhur verilişini dayandırdılar - VİDEO
Bill Qeyts
 
Mixalkov verilişin sonrakı taleyi ilə bağlı birmənalı mövqe bildirməsə də, deyib ki, "heç kimə həqiqət lazım deyil". O, deyib ki, "böyük bir reytinq" olan proqramın efirdən kənarlaşdırılmasına ancaq təəssüflənir. Daha sonra isə əlavə edib ki, tamaşaçılar yəqin ki, telekanalın nədən belə isterikaya düşdüyünə özləri cavab tapa bilərlər.
 
Qeyd edək ki, koronavirus yayılandan, bu, Bill Qeytsin ünvanına səslənən ilk ittiham deyil. Məşhur milyarder həqiqətən də koronovirus peyvəndinin tapılmasında dünyada ən fəal adamlardan biridir. Bu günlərdə o, deyib ki, pandemiyaya son qoymaq üçün təhlükəsiz və effektiv peyvənd lazım olacaq: “Hər şeyi düzgün etsək, onu bir il yarım ərzində əldə edə biləcəyik – həmişəkindən daha sürətli. Lakin peyvənd hazırlamaq hələ işin yarısıdır. Amerikalıları və bütün Yer sakinlərini qorumaq üçün milyardlarla doza istehsal edilməlidir. Biz bu peyvəndlərin istehsalı üçün obyektlərin inşasına artıq indi başlaya bilərik. Bir çox pespektivli layihələr özünəməxsus avadanlıq tələb etdiyi üçün, onlardan bəzilərinin heç vaxt istifadə edilməyəcəyini başa düşərək, hər biri üçün ayrı-ayrı obyektlər qurmalı olacağıq. Özəl şirkətlər bu riskləri öz üzərinə götürməsələr də, federal hökumət buna qadirdir”.
 
“Microsoft”un qurucusu öz həyat yoldaşı Melinda ilə birgə “COVID 19” layihəsinə 100 milyon dollar məbləğində pul ayırıb.

https://www.youtube.com/watch?time_continue=1&v=__7MZD8xHU8&feature=emb_logo
Source : Deyerler
Tagged
Bill Qeyts
Comment


Related files