0
Tuesday 5 May 2020 - 02:28

Seyid Həsən Nəsrullah: “Almaniyanın qərarı gözlənilməz deyildi”

Story Code : 860728
Seyid Həsən Nəsrullah: “Almaniyanın qərarı gözlənilməz deyildi”
Deyerler.org Mehrə istinadən xəbər verir ki, Seyid Həsən Nəsrullah regional proseslərlə bağlı çıxış edib.

Hizbullahın Almaniya tərəfindən terror təşkilatı elan edilməsinə toxunan Seyid Həsən Nəsrullah belə deyib: “Bu qərar gözlənilməz deyildi. Bəzi Avropa ölkələri əvvəllər eyni qərarı vermişdilər. ABŞ, bölgəyə hakim olmağa və İsrail rejimi də işğalçılıq siyasətini davam etdirməyə çalışır. Bu planlara qarşı çıxanlar da müqavimət gücləri olduğu üçün hədəfə alınırlar”.

Almaniyanın ABŞ-ın və sionist rejimin təzyiqi ilə Hizbullahla bağlı bu qərarı verdiyini qeyd edən Seyid Həsən Nəsrullah, belə davam edib: “Almaniyada Hizbullahın terror təşkilatı olduğunu sübut edə biləcək heç bir sənəd və dəlil təqdim edə bilmədi. Bu məsələ Almaniyanın qəbul etdiyi qərarın siyasi olduğunu göstərir.

Almaniya, Fransa və ya hər hansı bir Avropa ölkəsində bizdən bir qrupun olmadığını söylədikdə tamamilə doğru söyləyirik. İllərdir dünya ölkələrində, xüsusən də Avropa və Latın Amerikasında heç bir təşkilat və ya qrupumuz yoxdur. Uzun illərdir ki, dostlarımızın bizimlə əlaqə qurmaları səbəbi ilə hər hansı bir ölkədə problem yaşamalarını istəmirik”.

Seyid Həsən Nəsrullah Almaniyanın Hizbullah qərarını pisləyən ölkələr və hökumətlərə təşəkkür edərək, belə deyib: “Livan hökuməti Almaniya və başqa ölkələrdəki vətəndaşlarını qorumaq üçün qərarlıdır. Biz də sionist rejimə qarşı apardığımız mübarizəni davam etdirərək, hər zaman Livan xalqını müdafiə edəcəyik”.

Hizbullahın baş katibi Livanda gündəmə gələn iqtisadi islahat planına toxunaraq, çıxışına belə davam edib: “Bu planın milli dəstəyə ehtiyacı var. Prezident Mişel Aun da fraksiyaları bu mövzuda bir iclasa çağırdı. Hizbullah da bu görüşdə iştirak edəcək və başqalarını da iştirak etməyə dəvət edir. Livanda iqtisadi vəziyyət çətin vəziyyətdədir. Ölkəni xilas etməliyik. Buna görə siyasi mübahisələrə son qoyulmalıdır”.

Seyid Həsən Nəsrullah Hizbullaha qarşı atılan bəzi ittihamlara işarə edərək, belə deyib: “Bəziləri etdiyi propaqandalarla Hizbullahın iqtisadi sektora girərək, bank sisteminə zərbə vurmaq istədiyini iddia edir. Bu Hizbullaha qarşı bir media müharibəsidir. Bütün bu saxta xəbərləri rədd edirik. Hizbullahın qurulmasından bu günə qədər bankçılıq sahəsində müdaxilə etmədik. Amma banklar baş verən iqtisadi böhranda hökumətə belə kömək etmədi. Hizbullahın bank sahəsini ələ keçirməyə çalışdığı iddiaları boş və mənasızdır”.