0
Monday 11 May 2020 - 18:50

Qərargah: 70 nəfər koronavirusa yoluxub, 30 nəfər sağalıb

Story Code : 862049
Qərargah: 70 nəfər koronavirusa yoluxub, 30 nəfər sağalıb
Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya bildirilib ki, hazırkı dövrədək ölkəmizdə 2589 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1680 nəfər müalicə olunaraq sağalıb, 32 nəfər vəfat edib, 877 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 31 nəfərin vəziyyəti ağır, 42 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 197.545 test aparılıb.