0
Saturday 6 June 2020 - 10:45

ABŞ 9,5 min əsgərini Almaniyadan çıxarmağı düşünür

Story Code : 866900
ABŞ 9,5 min əsgərini Almaniyadan çıxarmağı düşünür
APA xəbər verir ki, bu barədə “Reuters” Birləşmiş Ştatların yüksək rütbəli rəsmi nümayəndəsinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, sentyabr ayına qədər 9,5 min Amerika əsgəri və zabiti Almaniyadan çıxarılacaq. Hazırda Almaniyada təxminən 34,5 min ABŞ əsgəri var.

Almaniyadan çıxarılan qoşunların bir hissəsi Polşaya və digər ölkələrə köçürüləcək, bir hissəsi isə ABŞ-a qayıdacaq.