0
Wednesday 17 June 2020 - 09:47

BMT-nin Baş katibi Koreya yarımadasında baş verən hadisələrdən narahatlığını bildirib

Story Code : 869120
BMT-nin Baş katibi Koreya yarımadasında baş verən hadisələrdən narahatlığını bildirib
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə BMT-nin yaydığı rəsmi məlumatda bildirilib. 

Baş katib tərəfləri sülhə və firavanlığa fayda gətirən dinc həll yolunun - dialoqun bərpa edilməsinə çağırıb.

Qeyd edək ki, ötən gün Şimali Koreya hökuməti Cənubi Koreya ilə sərhəddə yerləşən Keson şəhəri və Kımqansan istirahət zonası ətrafına qoşun yeridib. 

Daha əvvəl Şimali Koreya Kesondakı rəsmi Seulla Pxenyanın birləşməyə dair ortaq ofisinin yerləşdiyi sənaye kompleksini partlatmışdı.