0
Thursday 18 June 2020 - 15:51

Merkeldən etiraf: Avropa müdafiəsizdir

Story Code : 869401
Merkeldən etiraf: Avropa müdafiəsizdir
Axar.az xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel parlamentdə çıxışı zamanı deyib.

“Almaniya 1 iyuldan AB-yə sədrlik edəcək. Biz Avropanın öz tarixinin ən ciddi çağırışı ilə toqquşduğu bir zamanda məsuliyyəti üzərimizə götürürük. Biz bir tərəfdən böhranın nəticələrini aradan qaldırmalı, digər tərəfdən Avropanı rəqabət qabiliyyətli etməliyik. Avropanın Almaniyaya, Almaniyanın da Avropaya ehtiyacı var”, – deyə o bildirib.

O, AB-də daxili bazarın zəifləməsinə və parçalanmasına imkan verilməməsi gərəkdiyini deyib.

Merkel vahid Avropanın düşmənlərinin bu məqamı gözlədiyini söyləyib:

“İmkan verməməliyik ki, pandemiya AB üzvlərinin bir-birindən ayrılmasına və daxili bazarın zəiflətməsinə səbəb olsun. Sadəlövh olmamalıyıq. Antidemokratik qüvvələr, radikal, avtoritar hərəkatlar iqtisadi böhran gözləyirlər ki, sonradan ondan hədəfləri üçün istifadə etsinlər”.

Merkel, həmçinin Çinin AB-nin tərəfdaşı olduğunu və Pekinlə açıq dialoqa gedilməsi gərəkdiyini qeyd edib.