0
Sunday 21 June 2020 - 08:32

Trampın mitinq qərargahının əməkdaşlarında COVID-19 aşkarlandı

Story Code : 869895
Trampın mitinq qərargahının əməkdaşlarında COVID-19 aşkarlandı
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə qərargahın xarici əlaqələr üzrə direktoru Tima Merta bildirib.

"Təhlükəsizlik protokollarına uyğun olaraq qərargahın əməkdaşları tədbirlərdən əvvəl COVID-19 yoxlamasından keçirlər. Qabaqcıl qrupun keçirilmiş yüzlərlə testindən altı üzvünün nəticələri müsbət oldu və onlar barədə dərhal karantin tədbiri görülüb", - o bildirib.

Tima Merta qeyd edib ki, onlarla yaxın əlaqədə olmuş heç bir əməkdaş mitinqdə olmayacaq və tədbirin başlanğıcından əvvəl temperatur ölçüləcək, əllər və maska üçün antiseptiklər veriləcək.